[49:5]
Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı
olardı. Allah (tövbə edənləri)
bağışlayandır, rəhm edəndir!
[49:6]
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman
olarsınız!
[49:7]
(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah
sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır.
Məhz belələri (bu xislət sahibləri) doğru
yolda olanlardır!
[49:8]
Bu isə Allah dərgahından olan
lütf və ne'mət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[49:9]
Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq
etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq
edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
[49:10]
Həqiqətən, mö'minlər (dində)
qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun
ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
[49:11]
Ey iman gətirənlər! Bir qövm digərini lağa
qoymasın. Ola bilsin ki,
onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə'nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq,
ey münafiq və i. a.)
çağırmayın. İman gətirdikdən sonra fasiq
adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (?zlərinə zülm edənlərdir!)