[3:16]
O bəndələr ki: "Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi
cəhənnəm əzabından qoru!" - deyirlər.
[3:17]
Onlar
(müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha)
itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan)
bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).
[3:18]
Allah ?zündən başqa heç bir
tanrı olmadığına şahiddir. Mələklər və
elm sahibləri də
haqqa-ədalətlə
boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət,
hikmət sahibindən
başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət
verdilər.
[3:19]
Allah
yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər
(yəhudilər və xaçpərəstlər)
ancaq (bu dinin həqiqi
olduğunu) bildikdən sonra aralarındakı
paxıllıq üzündən
itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.
[3:20]
(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: "Siz də təslim (müsəlman) oldunuzmu?" Əgər təslim olarlarsa
(islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!
[3:21]
(Ya Rəsulum!) Allahın
hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!
[3:22]
O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.