[50:36]

Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) "Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?" (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.

[50:37]

Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

[50:38]

And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

[50:39]

(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə'ninə təriflər de!

[50:40]

Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!

[50:41]

(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: "Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!" - deyəcək və suru ikinci dəfə üfürəcəkdir).

[50:42]

O gün (bütün yaranmışlar) dəətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!

[50:43]

Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!

[50:44]

O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür'ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məər günüdür).

[50:45]

Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur'anla öyüd-nəsihət ver!

 

Adh-Dhâriyât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[51:1]

(Toz-torpağı) sovurub-dağıdan küləklərə;

[51:2]

Yağış yüklü buludlara;

[51:3]

Asanlıqla üzüb gedən gəmilərə;

[51:4]

Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,

[51:5]

Sizə və'd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).

[51:6]

Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!