[51:7]
(Cürbəcür ulduz) yolları olan
göyə and olsun ki,
[51:8]
(Ey müşriklər!) Sizin (Qur'an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə'ziniz Qur'ana
şe'r, Peyğəmbərə şair, bə'ziniz də Qur'ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
[51:9]
Ondan (Qur'andan, yaxud Muhəmməd əleyhissəlamdan)
zatında dönüklük olan kimsə
dönər! (Allahın əzəli elmində imandan kim
dönmüşdürsə, Qur'andan və Peyğəmbərdən də elə o dönər!)
[51:10]
Məhv olsun yalançılar!
(Allah onlara lə'nət eləsin!)
[51:11]
O kəslər ki, cəhalət girdabına düşüb
(haqdan) qafil olmuşlar!
[51:12]
Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
[51:13]
O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
[51:14]
(Mələklər onlara deyəcəklər: ) "Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz
şeydir (əzabdır)!"
[51:15]
Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
[51:16]
Rəbbinin onlara verdiyini
alacaqlar. Cünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
[51:17]
Onlar gecələr (ibadətlə məşğul olub) az
yatırdılar.
[51:18]
Səhərlər isə (Allahdan)
bağışlanmalarını diləyirdilər.
[51:19]
Mallarında da dilənçinin və (abrına
qısılıb dilənməyən) yoxsulun haqqı
(payı) var idi.
[51:20]
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
[51:21]
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
[51:22]
Göydə də ruzinin
(yağış, qar) və və'd olunduğunuz şey (mükafat, cəza) vardır!
(Sizə və'd olunan mükafat, yaxud cəza Allah dərgahındakı
lövhi-məhfuzda yazılmışdır).
[51:23]
Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki,
bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
[51:24]
(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
[51:25]
Onlar (İbrahimin)
yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): "Bunlar
tanımadığım kimsələrdir!" -dedi.
[51:26]
O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib
qızardaraq) gətirdi.
[51:27]
Onu qabaqlarına
(qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi.
[51:28]
(İbrahim
qonaqların yeməyə əl
uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir
oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
[51:29]
(Bunu eşidən) zövcəsi (Sara)
çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə
uşağım ola bilər?)"
[51:30]
Onlar: "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!" - dedilər.