[51:31]
(Sonra İbrahim) dedi:
"Ey elçilər! Sizin işiniz nədir?"
[51:32]
Onlar dedilər: "Biz günahkar bir
qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.
[51:33]
Onların
başına gildən daşlar
yağdırmaq üçün (gəlmişik).
[51:34]
(Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!"
[51:35]
Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan
mö'minləri çıxartdıq.
[51:36]
Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid
dinində olan) tapmadıq.
[51:37]
Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut
qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba
qoyub altını üstünə
çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).
[51:38]
Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir'onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.
[51:39]
O, bütün ə'yanları (və qoşunu) ilə birlikdə (imandan) üz
döndərib (Musa barəsində): "Bu sehrbazdır,
yaxud da dəlidir!" - demişdi.
[51:40]
Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).
[51:41]
Adın (Ad
qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.
[51:42]
O, qarşısına
çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.
[51:43]
Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman
onlara: "Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!"
- deyilmişdi.
[51:44]
Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.
[51:45]
Onların nə (yıxıldıqları
yerdən) qalxmağa gücləri
çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).
[51:46]
Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Cünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.
[51:47]
Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
[51:48]
Yeri də Biz döşədik. (Onu)
döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)
[51:49]
Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət
alasınız!
[51:50]
(Ya Rəsulum! Bu insanlara de: )
"Allaha tərəf qaçın! (Allahın
qəzəbindən qaçıb Onun mərhəmətinə sığının,
küfrü atıb imana gəlin!) Mən sizi Ondan
(Allahın əzabından)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!
[51:51]
Allahla yanaşı
başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan
(Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"