[53:45]

(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur -

[53:46]

(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.

[53:47]

(?lüləri) yenidən diriltmək də Ona aiddir!

[53:48]

(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!

[53:49]

Şi'ranın (Şi'ra ulduzunun) da Rəbbi Odur!

[53:50]

Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.

[53:51]

Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.

[53:52]

Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.

[53:53]

(Lut qövmünün yurdu) Mö'təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).

[53:54]

Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)

[53:55]

(Ey insan!) Sən öz Rəbbinin hansı ne'mətlərinə şəkk edirsən?!

[53:56]

Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!

[53:57]

(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.

[53:58]

Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)

[53:59]

İndi siz bu kəlama (Qur'ana) təəccübmü edirsiniz?

[53:60]

Həm də gülürsünüz, heç ağlamırsınız!

[53:61]

Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e'tina etmirsiniz).

[53:62]

(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)

 

Al-Qamar

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[54:1]

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö'cüzəsi ilə) parçalandı.

[54:2]

Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö'cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər.

[54:3]

Onlar (ayın parçalanmasını, digər mö'cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

[54:4]

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

[54:5]

(Bu Qur'an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

[54:6]

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəətli) bir şeyə (məərə) çağıracağı günədək!