[54:28]
Və onlara suyun (dəvə ilə) onlar arasında
bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün
onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!"
[54:29]
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi)
çağırdılar. O da (dəvəni) tutub kəsdi.
[54:30]
(Bir görəydiniz) Mənim əzabım və
qorxutmağım necə oldu!
[54:31]
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
[54:32]
And olsun ki, Biz
Qur'anı (ondan) ibrət almaq
(öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq.
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:33]
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
[54:34]
Biz də onların üstünə daş
yağdıran yel göndərdik
(başlarına daş
yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
[54:35]
Dərgahımızdan bir
lütf olaraq! Biz (ne'mətimizə) şükür edəni belə mükafatlandırırıq!
[54:36]
And olsun ki, (Lut)
onları Bizim əzabımızla
qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
[54:37]
Cəlalıma and olsun ki,
onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor
etdik (və) "İndi əzabımı
və təhdidlərimi dadın!"
- (dedik).
[54:38]
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
[54:39]
(Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).
[54:40]
And olsun ki, Biz
Qur'anı (ondan) ibrət almaq
(öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:41]
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız
Musa vasitəsilə) Fir'on əhlinə də gəlib çatmışdı.
[54:42]
Onlar ayələrimizin (mö'cüzələrimizin)
hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
[54:43]
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi
yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin
üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
[54:44]
Yoxsa onlar: "Biz (Muhəmməd və mö'minlərdən) intiqam ala biləcək bir zümrəyik!" - deyirlər?
[54:45]
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
[54:46]
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
[54:47]
Şübhəsiz ki, günahkarlar (dünyada)
haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar.
(Yaxud günahkarlar heyrət,
yanlışlıq və dəlilik içindədirlər).
[54:48]
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!"
(deyiləcəkdir).
[54:49]
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım
olduğu qədər) yaratdıq.