[54:50]
Bizim buyurduğumuz bir
göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)
[54:51]
And olsun ki, Biz sizin
kimiləri (çox) məhv etmişik.
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:52]
Onların etdiyi hər şey (əməllərinin
yazıldığı) dəftərlərdədir!
[54:53]
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda)
yazılmışdır!
[54:54]
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
[54:55]
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan)
haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!
Ar-Rahmân
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[55:1]
Rəhman! (Mərhəmətli olan Allah!)
[55:2]
(?z peyğəmbərinə) Qur'anı öyrətdi.
[55:3]
İnsanı
yaratdı.
[55:4]
Ona
danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
[55:5]
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
[55:6]
Otlar da, ağaclar da
(Allaha) səcdə edər!
[55:7]
Göyü. O ucaltdı,
tərəzini (ədalət tərəzisini) O qoydu!
[55:8]
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
[55:9]
Tərəzini düz tutun, çəkini əskiltməyin! (Cəkidə insaflı olun, tərəzini korlamayın!)
[55:10]
Yeri də (bütün) məxluqat üçün O
döşədi.
[55:11]
Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;
[55:12]
(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
[55:13]
(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:14]
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
[55:15]
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
[55:16]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!