[55:17]
İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda
və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
[55:18]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:19]
(Suları şirin və acı olan) iki dənizi O
qovuşdurdu (bir-birinə qovuşmaq
üçün açıb buraxdı).
[55:20]
Amma onların
arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
[55:21]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:22]
Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
[55:23]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:24]
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
[55:25]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:26]
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
[55:27]
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
[55:28]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:29]
Göylərdə və yerdə kim varsa,
(hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir
işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin
duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
[55:30]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:31]
Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin
haqq-hesabını mütləq çəkəcəyik).
[55:32]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:33]
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından
(çevrəsindən) kənara çıxa bilərsinizsə,
çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan
qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
[55:34]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:35]
(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü
göndəriləcək (başınıza
ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.
[55:36]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:37]
(Qiyamət günü) göy
ayrılıb (dağ basılmış) dəri (yaxud dağ
edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman
(halınız necə olacaq)?!
[55:38]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:39]
O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır!
(Yol ancaq Cəhənnəmdir!)
[55:40]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!