[55:41]
Günahkarlar üzlərindən (sifətlərinin qaralığından,
gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan
ayaqlarına bənd ediləcəkdir).
[55:42]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:43]
(Onlara belə deyiləcəkdir: ) "Bu,
günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"
[55:44]
Onlar onunla (cəhənnəm odu ilə) qaynar su
arasında dolanıb duracaqlar.
[55:45]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:46]
Şübhəsiz ki, Rəbbinin məqamından
(hüzurunda haqq-hesab üçün durmaqdan)
qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!
[55:47]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:48]
(O iki cənnətin ağacları)
qollu-budaqlıdır (merli-meyvəlidir).
[55:49]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:50]
Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
[55:51]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:52]
Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ
vardır (mö'minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
[55:53]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:54]
Onlar (mö'minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş
olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö'minlər harada olsalar,
ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).
[55:55]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:56]
Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin)
toxunmamış qadınlar vardır.
[55:57]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:58]
Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
[55:59]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:60]
Yaxşılıq əvəzi ancaq
yaxşılıqdır!
[55:61]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:62]
Onlardan (o iki cənnətdən) başqa (mö'minlər üçün) daha iki cənnət (Firdovs və Mə'va cənnətləri) vardır.
[55:63]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:64]
(O iki cənnət) yamyaşıldır
(o qədər yaşıldır ki,
qaraya çalır).
[55:65]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:66]
Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
[55:67]
Belə olduqda Rəbbinizin
hansı ne'mətlərini yalan saya bilərsiniz?!