[56:17]
Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
[56:18]
(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
[56:19]
(Dünyadakı şərabdan fərqli olaraq)
ondan başları ağrımaz və keflənməzlər.
[56:20]
(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
[56:21]
Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
[56:22]
(Onlar üçün orada) iri
(ahu) gözlü, qəşəng hurilər də vardır.
[56:23]
(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
[56:24]
Onlar (bu ne'mətlərə dünyada) etdikləri
(yaxşı) əməllər müqabilində nail olacaqlar.
[56:25]
Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir
şey eşidəcəklər.
[56:26]
Eşitdikləri söz ancaq
"salam" olacaqdır.
[56:27]
Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ
tərəf sahibləri?
[56:28]
(Onlar) tikansız sidr
ağacları,
[56:29]
Salxım-salxım
sallanmış möüz (banan) ağacları altında;
[56:30]
Cəkilməyən (daimi) kölgəliklərdə;
[56:31]
Axar su kənarında;
[56:32]
Bol meyvələr -
[56:33]
Tükənməz və qadağan edilməyən (meyvələr) içində
[56:34]
Və (bir-birinin üstünə
yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və
qeyri-adi gözəllik sahibi olan
qadınlar yanında) olacaqlar!
[56:35]
Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla,
doğulmadan) yaradacağıq!
[56:36]
Onları bakirə qızlar,
[56:37]
Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
[56:38]
Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
[56:39]
(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
[56:40]
Bir çoxu da
axırıncılardandır (bu ümmətdəndir).
[56:41]
Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
[56:42]
(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
[56:43]
Qapqara duman kölgəsində olacaqlar!
[56:44]
(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
[56:45]
Onlar bundan əvvəl (dünyada) naz-ne'mət içində idilər.
[56:46]
?zləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
[56:47]
Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra,
həqiqətən, yenidən dirildiləcəyikmi?!
[56:48]
Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız
da dirildiləcəklərmi?!"
[56:49]
(Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da,
[56:50]
Mə'lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.