[56:51]
Sonra, siz ey (haqq) yoldan
azanlar, (haqqı) dananlar!
[56:52]
Şübhəsiz ki, zəqqum ağacından
(onun meyvəsindən) yeyəcəksiniz,
[56:53]
Qarınlarınızı
onunla dolduracaqsınız.
[56:54]
Ustündən də (sizə bərk yanğı gəldiyi üçün)
qaynar su içəcəksiniz.
[56:55]
?zü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
[56:56]
Bu onların haqq-hesab
günündəki ziyafətidir.
[56:57]
(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
[56:58]
Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
[56:59]
Ondan (insan) yaradan
sizsiniz, yoxsa Biz?!
[56:60]
Sizin aranızda
ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
[56:61]
(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
[56:62]
And olsun ki, siz ilk
yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
[56:63]
Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
[56:64]
Onu bitirən sizsiniz, yoxsa Biz?!
[56:65]
Əgər Biz istəsəydik, onu bir saman
çöpünə döndərər, siz də mat-məətəl qalıb:
[56:66]
Biz ziyana
uğramış,
[56:67]
Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik! (deyərdiniz). "
[56:68]
Bəs içdiyiniz suya nə deyirsiniz?
[56:69]
Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
[56:70]
Əgər istəsəydik, onu acı (bir su)
edərdik. Elə isə niyə (Allahın ne'mətlərinə) şükür etmirsiniz?
[56:71]
Bəs (yaş ağacdan)
yandırdığınız oda nə deyirsiniz?
[56:72]
Onun ağacını
yaradan sizsiniz, yoxsa Biz?
[56:73]
Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan
ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
[56:74]
Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
[56:75]
Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki -
[56:76]
Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz -