[56:77]

(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur'andır.

[56:78]

(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).

[56:79]

Ona yalnız pak olanlar toxuna bilər!

[56:80]

(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

[56:81]

İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)

[56:82]

Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

[56:83]

(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman

[56:84]

Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).

[56:85]

Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!

[56:86]

Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,

[56:87]

Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!

[56:88]

Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,

[56:89]

(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!

[56:90]

Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),

[56:91]

(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam olsun!" (deyiləcəkdir).

[56:92]

Əgər (ölən kimsə Allahın ayələrini, mö'cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,

[56:93]

(Ona) qaynar su ziyafəti veriləcək

[56:94]

Və özü də Cəhənnəmə atılacaqdır.

[56:95]

Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

[56:96]

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)

 

Al-Hadîd

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[57:1]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[57:2]

Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

[57:3]

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah ?z əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, ?zü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).