[57:4]
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da
bilir. Siz harada olsanız, O
sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
[57:5]
Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda)
ancaq Allaha tərəf qaytarılacaqdır!
[57:6]
Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
[57:7]
(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis
etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib
(mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat
gözləyir!
[57:8]
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə
çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu
babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman
yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin - bu sizin üçün daha
yaxşıdır!)
[57:9]
Sizi zülmətlərdən nura (küfrdən imana)
çıxartmaq üçün ?z bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
[57:10]
(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah
yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın
hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar
(mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və'd buyurmuşdur. Allah
sizin nə etdiklərinizdən xəbərdardır!
[57:11]
Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz)
artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!