[3:30]
O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında
hazır görəcək və günahları ilə özü
arasında çox uzaq məsafə olmasını
arzulayacaqdır. Allah sizi ?z əzabından çəkindirir, çünki
Allah bəndələrə (?z bəndələrinə) mərhəmətlidir!"
[3:31]
(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi
sevsin və günahlarınızı
bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
[3:32]
Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz
çevirənləri) sevməz!"
[3:33]
Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər
övladı) üzərində seçilmiş (üstün) etdi.
[3:34]
Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!
[3:35]
(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!" - dediyini
xatırla!
[3:36]
Onu (bətnindəkini) doğduğu
zaman: "Ey Rəbbim! Mən qız
doğdum", - söylədi. Halbuki, Allah onun nə doğduğunu və
oğlanın qiz kimi olmadığını yaxşı bilirdi. (Hənnə: ) "Mən onun
adını Məryəm qoydum, onu və onun nəslini məl'un (daşqalaq olunmuş) Şeytandan
(Şeytanın şərindən) Sənə tapşırıram" (dedi).
[3:37]
Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi
böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba
girdikdə, onun yanında bir ruzi
olduğunu görərdi. ( Zəkəriyya: ) "Ya Məryəm, bunlar sənin üçün
haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!