[58:12]
Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah
yanında) daha xeyirli, daka pakdır.
Əgər (sədəqə verməyə) bir şey
tapmasanız (ürəyinizi
qısmayın). Cünki Allah
bağışlayandır, rəhm edəndir!
[58:13]
Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki,
siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!
[58:14]
(Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mö'min müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar
olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər.
[58:15]
Allah onlar üçün şiddətli bir əzab
hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!
[58:16]
Onlar andlarını
özlərinə sipər etdilər və (xalqı) Allah yolundan
döndərdilər. Onları
alçaldıcı bir əzab gözləyir.
[58:17]
Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından)
qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
[58:18]
Allah onların
hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını
zənn edəcəklər. Bilin ki, onlar əsl
yalançıdırlar!
[58:19]
Şeytan onlara hakim
olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana
uyanlardır). Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!
[58:20]
Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr içərisində olacaqlar!
[58:21]
Allah (lövhi-məhfuzda): "And olsun
ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!