[59:10]
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı
bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"
[59:11]
(Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: "Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö'minlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" - deyən
münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!
[59:12]
And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla
birlikdə (öz yurdlarından)
çıxmazlar. Əgər (mö'minlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq)
arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!
[59:13]
(Ey mö'minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan
Allahdan çox sizsiniz. Bu isə onların
(Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir.
[59:14]
Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında
(qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə
vuruşmağa cür'ət etməzlər). Onların öz
aralarındakı
vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri
dağınıqdır. Bunun
səbəbi onların
ağılsız bir qövm olmalarıdır.
[59:15]
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını
(dünyada) dadmış kimsələrə (Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir.
[59:16]
(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması)
Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana:
"Kafir ol !" - deyər. (İnsan)
kafir olan kimi (Şeytan onu qoyub
qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!" - deyər.