[3:38]
(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də ?z tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"
[3:39]
(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə ?zü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın
(dünyaya gələcəyi) xəbərini müjdə verir".
[3:40]
(Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır
(doğmayan) olduğu halda,
mənim necə oğlum ola
bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin
kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə buyurdu.
[3:41]
(Zəkəriyya: ) "Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə
göstər", - dedikdə, (Allah: ) "Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et)
və səhər-axşam şə'ninə tə'riflər deyib şükür et!" buyurdu.
[3:42]
(Ya Peyğəmbər!) Xatırla ki, bir
zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün
tutmuşdur.
[3:43]
Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla
bir yerdə namaz qıl!)"
[3:44]
(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar:
"Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların
yanında deyildin.
[3:45]
Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah ?z tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca
(şərəfli) və (Allaha)
yaxın olanlardandır.