[60:12]
Ya Peyğəmbər! Mö'min qadınlar
Allaha heç bir şərik
qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız
uşaqlarını diri-diri
torpağa gömməyəcəklərini), özgə kişilərdən olan
uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey'ət etmək üçün yanına gəldikləri zaman onların bey'ətini qəbul et və Allahdan
onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[60:13]
Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir
qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da
axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!
As-Saff
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[61:1]
Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[61:2]
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə'zi müsəlmanlar: "Hansı əməllərin Allaha daha xoş
getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad əmri nazil olduqda
bu, bir çöx mö'minlərin xoşuna gəlmədi).
[61:3]
Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
[61:4]
Şübhəsiz ki, Allah ?z yolunda
möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
[61:5]
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi:
"Ey qövmüm! Mənim Allahın
sizə göndərilmiş
peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?" Onlar (haqdan) üz döndərdi. Allah (?zünə asi olan) fasiqləri doğru
yola yönəltməz!