At-Taghâbun
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[64:1]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
[64:2]
Sizin
yaradan Odur. Kiminiz
kafirsiniz, kiminiz mö'min. Allah nə etdiklərinizi görəndir!
[64:3]
O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün
canlıların ən gözəli və
ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!
[64:4]
O, göylərdə və yerdə olanları da, sizin
gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
[64:5]
(Ey Məkkə müşrikləri!) Məgər
sizdən əvvəl kafir
olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri
işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
[64:6]
Cünki peyğəmbərləri onlara açıq-aşkar mö'cüzələr gətirir, onlar isə: "Məgər bizi doğu yola
(özümüz kimi adi) bir insanmı salacaqdır?!" - deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz
döndərirlər. Allahın (onların ibadətinə)
ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə'rifə) layiqdir!
[64:7]
Kafir
olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!)
De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə
(bir-bir) xəbər
veriləcəkdir. Bu, Allah üçün çox
asandır!
[64:8]
Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur'ana) iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!
[64:9]
Allahın sizi
(haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün - məhz o gün
qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bə'zi mö'minlərin də dünyada bacardıqlarından
az yaxşı əməllər etdiklərinə görə aldanmaları
bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun
günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə)
əbədi
qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!