[64:10]
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar.
Ora necə də pis məskəndir!
[64:11]
Allahın izni
olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi,
indini və gələcəyi) biləndir!
[64:12]
Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
[64:13]
Allahdan başqa heç bir
tanrı (mə'bud) yoxdur. Buna görə də mö'minlər ancaq Allaha təvəkkül etsinlər!
[64:14]
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan
sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən
daşındırmışdılar). Onlardan özünüzü
gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və
bağışlasanız (daha yaxşı olar). Cünki Allah
(günahları çox) bağışlayandır, rəhm edəndir!
[64:15]
Həqiqətən, mal-dövlətiniz və
oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
[64:16]
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
[64:17]
Əgər Allaha (Allah yolunda)
gözəl (könül
xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
[64:18]
(Allah) gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!