At-Talâq
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[65:1]
(Ya
Peyğəmbər!) ?vrətləri
boşadığınız zaman onları gözləmə
müddətlərində (heyzdən
pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz
olan Allahdan qorxun. Onları - açıq-aşkar bir pis iş (zina) etməyənə qədər - (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri
aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah
bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
[65:2]
Bunların
(bu qadınların) gözləmə müddəti başa çatdıqda
(barışmaq istəsəniz) onları
yaxşılıqla (mehrlərini verib) yola
salın. (Sonradan
aranızda ixtilaf
olmasın deyə) içərinizdən
iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün
(doğru) şahidlik edin! Bununla Allaha və
axirət gününə iman gətirənlərə öyüd-nəsihət
verilir. Kim Allahdan qorxsa, Allah
ona (hər çətinlikdən) bir
çıxış yolu əta edər.
[65:3]
Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah ?z
əmrini yerinə yetirəndir. Allah hər
şey üçün bir ölçü
(hədd, müddət) tə'yin
etmişdir.
[65:4]
(Yaşa
dolmaqla) heyzdən kəsilmiş qadınlarınız
(onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların
və həmçinin (yaşları
müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə
qadınların gözləmə müddəti
isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
[65:5]
Bu,
Allahın sizə nazil etdiyi
buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.