[65:6]
Onları
(boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz
yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin
uşaqlarınıza süd verməyə borclu deyillər). ?z
aranızda yaxşılıqla
(şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu
(uşağı) başqa bir qadın əmizdirə bilər.
[65:7]
Varlı-karlı olan
öz varına görə (süd haqqı)
versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah
heç kəsi ?zünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.
[65:8]
Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş
müdhiş əzaba düçar etdik.
[65:9]
Onlar əməllərinin cəzasını
aldılar və axırda işləri ziyana
uğramaq oldu.
[65:10]
Allah onlar üçün şiddətli əzab hazırladı. Ey
iman gətirmiş ağıl sahibləri, Allahdan
qorxun! Allah sizin üçün Qur'an nazil etmiş,
[65:11]
Və iman gətirib
yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün
Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu
(mö'minlərin) əbədi qalacaqları,
(ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!
[65:12]
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır.
Allahın hər şeyə qadir olduğunu,
Allahın hər şeyi elm (?z əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında
(mövcud olan bütün məxluqata) nazil olar.