[3:46]
O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır".
[3:47]
(Məryəm: ) "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola
bilər?" - dedikdə, (Allah) buyurdu:
"(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara
aldıqda, ona ancaq "Ol!"
deyər, o da (dərhal) olar.
[3:48]
(Allah) ona (İsaya)
yazmağı, hikməti,
Tövratı və İncili
öyrədəcək.
[3:49]
Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən sizə mö'cüzə gətirmişəm. Sizin üçün
palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları
sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və
yığıb
saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö'minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.
[3:50]
Məndən əvvəl göndərilmiş
Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bə'zi şeyləri (dəvə əti, qarın və
bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru
olduğunu sübut edən) bir
mö'cüzə gətirdim. İndi
Allahdan qorxun və mənə itaət edin!
[3:51]
Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru
yol!
[3:52]
İsa onların (yəhudilərin) küfrünü
(inanmadıqlarını) hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim
olacaqdır?" - deyə soruşdu. (O zaman) həvarilər dedilər: "Bizik Allahın
(Onun dininin) köməkçiləri! Biz Allaha
inandıq. Sən də (Allaha) təslim
olduğumuza şahid ol!"