Al-Mulk
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[67:1]
Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
[67:2]
Hansınızın əməlcə daha gözəl olduğunu
sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur.
O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
[67:3]
Yeddi göyü
(bir-birinin üstündə) qat-qat yaradan
da Odur. (Ey insan!) Sən Rəhmanın
yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü
qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
[67:4]
Sonra gözünü
qaldırıb iki dəfə bax. Göz orada (axtardığını
tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
[67:5]
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar)
üçün yandırıb-yaxan alovlu atəş əzabı
hazırladıq.
[67:6]
Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
[67:7]
Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
[67:8]
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça
olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?"
- deyə soruşacaqlar.
[67:9]
Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan
peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah
heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox
azmısınız!"
[67:10]
Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb
ağlımızı başımıza
yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək,
[67:11]
Və beləcə öz günahlarını e'tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
[67:12]
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan)
bağışlanma və böyük bir
mükafat gözləyir!