[67:13]
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
[67:14]
Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
[67:15]
Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin,
(Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
[67:16]
(Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı
zaman sizi onun dibinə
batırmayacağına əminsinizmi?!
[67:17]
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla)
qorxutmağımın necə olduğunu
mütləq biləcəksiniz.
[67:18]
Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım
(inkar etməyim) necə oldu.
[67:19]
Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını
açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah)
saxlayır. Həqiqətən, O, hər şeyi
görəndir!
[67:20]
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından
Onun ?zündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
[67:21]
Əgər (Allah) ?z ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar
(cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
[67:22]
Elə isə (küfrü ucbatından)
üzüstə sürünən daha haqq
yoldadır, yoxsa düz yolda düz gedən?!
[67:23]
(Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın ne'mətlərinə) nə az şükür edirsiniz!"
[67:24]
De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!"
[67:25]
Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu və'd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"
[67:26]
De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"