[68:43]
Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar
(dünyada) sağlam olduqları ikən səcdəyə də'vət olunurdular.
[68:44]
(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur'anı) yalan sayanları Mənə tapşır. Biz
onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
[68:45]
Onlara (daha çox günaha
batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
[68:46]
Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!
[68:47]
Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö'minlərdən üstün olacağını oradan öyrənib) yazırlar?!
[68:48]
(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq
sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman
o, (balığın qarnında)
qəm-kədər içində boğularaq
(Rəbbinə) dua etmişdi.
[68:49]
Əgər Rəbbindən ona bir mərhəmət (ne'mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.
[68:50]
Amma (tövbə etdikdən sonra) Rəbbi onu (?z bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.
[68:51]
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur'anı
eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər.
[68:52]
Halbuki bu (Qur'an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)
Al-Hâqqah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[69:1]
Haqq olan qiyamət!
[69:2]
Nədir qiyamət?!
[69:3]
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
[69:4]
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan
saymışdılar!
[69:5]
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
[69:6]
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
[69:7]
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında
olsaydın) sən onları orada
yıxılıb ölmüş görərdin. Onlar, sanki içi
bomboş xurma kötükləri idilər.
[69:8]
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!