[69:9]
Fir'on
da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö'təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
[69:10]
Onlar Rəbbinin peyğəmbərinə asi
olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla
yaxalamışdı.
[69:11]
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
[69:12]
Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
[69:13]
Sur bircə dəfə üfürüləcəyi;
[69:14]
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə
çırpılacağı (əzilib toza
dönəcəyi) zaman -
[69:15]
Məhz o gün (vaqe
olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
[69:16]
Və (göy) süst düşüb parçalanacaqdır!
[69:17]
Mələklər də onun (göyün) ətrafında
(Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini
onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
[69:18]
O gün (ey insanlar!) siz
(haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir
sirriniz (Allahdan) gizli qalmayacaqdır!
[69:19]
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
[69:20]
Mən (dünyada ikən qiyamət günü) öz
hesabıma yetişəcəyimə (möhkəm)
inanmışdım!"
[69:21]
Bundan belə o, xoş güzəran içində,
[69:22]
Yüksək bir Cənətdə olacaqdır.
[69:23]
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
[69:24]
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə
etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
[69:25]
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
[69:26]
Hesabımın nə olduğunu bilməyəydim!
[69:27]
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
[69:28]
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını
məndən dəf edə bilmədi).
[69:29]
Mülküm
(səltənətim) də məhv olub getdi!"
[69:30]
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
[69:31]
Sonra da Cəhənnəmə atın!
[69:32]
Daha sonra onu yetmiş
arşın uzunluğunda zəncirlə bağlayın!
[69:33]
Cünki o, böyük olan
Allaha inanmırdı.
[69:34]
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu
yedirtməyə rəğbət oyatmırdı.