[71:11]
O sizə göydən bol
yağış göndərər;
[71:12]
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
[71:13]
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman
gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
[71:14]
Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış
qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
[71:15]
Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə
yaratdı?!
[71:16]
Orada ayı bir nur, günəşi də bir çıraq
etdi.
[71:17]
Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir
bitki kimi göyərtdi.
[71:18]
Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da)
çıxardacaqdır.
[71:19]
Allah yeri sizin üçün
xalı etdi (fərş kimi
ayaqlarınızın altına döşədi) ki,
[71:20]
Onun geniş
yollarında gəzəsiniz!"
[71:21]
Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti,
oğul-uşağı
özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
[71:22]
(Onların kafir
başçıları mənim əleyhimə) çox böyük
bir hiylə qurdular.
[71:23]
Və (tabeçiliyində olanlara) dedilər: "?z
tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva'ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!"
[71:24]
Onlar çoxlarını
yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq
onların zəlalətini artır!"
[71:25]
Onlar öz
günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları
Allahdan (Allahın əzabından)
qurtaracaq köməkçilər də tapa bilmədilər!
[71:26]
Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
[71:27]
Cünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq,
ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
[71:28]
Ey Rəbbim! Məni,
ata-anamı, mənim evimə (yaxud məscidimə) mö'min kimi daxil olan
kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö'min
kişiləri və qadınları
bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"