Al-Jinn
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[72:1]
(Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Qur'anı dinləyib öz həmcinslərinin yanına
qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir
Qur'an eşitdik.
[72:2]
O, (xalqa) haqq yolu
göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik
qoşmayacağıq.
[72:3]
Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O ?zünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
[72:4]
Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
[72:5]
Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
[72:6]
Həqiqətən, (Cahiliyyət dövründə) bə'zi insanlar bir para cinlərə pənah aparır, bununla da
onların təkəbbürünü (azğınlığını)
artırırdılar (cinlər özləri haqqında çox
böyük fikirlərə düşürdülər).
[72:7]
Onlar (o insanlar) da siz
(cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
[72:8]
Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu
gördük.
[72:9]
Biz (Muhəmməd əleyhissəlamın
peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün
(göyün) bə'zi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa,
yandırıb-yaxan bir ulduzun onu
gözlədiyini görər.
[72:10]
Biz bilmirik ki,
(göyün gözətçi mələklərlə, axan ulduzlarla
doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir
xeyir diləmişdir.
[72:11]
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var,
olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
[72:12]
Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan
(Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
[72:13]
Doğrusu, biz hidayət yolunu göstərəni (Qur'anı) dinlədiyimiz zaman ona
iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə'ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.