[73:20]
(Ya
Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən
(yatağından) qalxıb bə'zən gecənin
təqribən üçdə ikisini,
bə'zən
yarısını, bə'zən
də üçdə birini namaz qılırsan. Səninlə
birlikdə olan bir zümrə (yaxın səhabən) də
belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq
Allahdır. O sizin bunu (gecə vaxtlarını və
saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün
gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi).
Qur'andan sizə
müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə
xəstələr də
olacaq, bə'ziləri Allahın lütfündən
ruzi axtarmaq üçün (ticarət məqsədilə)
yer üzünü gəzib dolaşacaq, digərləri
isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir).
Elə isə ondan (Qur'andan) sizə
müyəssər olanı oxuyun, namaz
qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. ?zünüz üçün öncə (dünyada) nə yaxşı
iş görsəniz, Allah dərgahında
onun daha xeyirli və daha böyük
mükafatı olduğunu
görəcəksiniz. Allahdan
bağışlanmağınızı diləyin. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
Al-Muddaththir
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[74:1]
Ey (libasına) bürünüb
sarınan (Peyğəmbər)!
[74:2]
Qalx (qövmünü
Allahın əzabı ilə) qorxut!
[74:3]
?z Rəbbini uca tut!
[74:4]
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
[74:5]
(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
[74:6]
(Etdiyin
yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)
[74:7]
Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!
[74:8]
Elə ki, sur çalındı,
[74:9]
O gün çox ağır
bir gün olacaqdır;
[74:10]
(O gün) kafirlər üçün asan olmayacaqdır!
[74:11]
(Ya
Peyğəmbər!) Məni ?z yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını
yalnız Mənə tapşır!)
[74:12]
Mən ona bollu mal-dövlət əta etdim;
[74:13]
Yanında hazır
duran oğullar (verdim);
[74:14]
Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).
[74:15]
(Bütün
bunlardan) sonra yenə də (var-dövlətini)
artırmağımı istəyir.
[74:16]
Xeyr (bu ola
bilməz). Cünki o, ayələrimizə qarşı inadkar
oldu.
[74:17]
Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!