[74:48]
Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!
[74:49]
Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).
[74:50]
Onlar sanki vəhşi eşşəklərdir.
[74:51]
(O eşşəklər ki) aslandan hürküb
qaçarlar!
[74:52]
Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər.
[74:53]
Xeyr, daha doğrusu,
onlar axirətdən qorxmazlar!
[74:54]
Xeyr, bu (Qur'an) bir
öyüd-nəsihətdir!
[74:55]
İstəyənlər ondan öyüd alar.
[74:56]
Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də,
bağışlamağa da layiq olan ancaq Odur!
Al-Qiyâmah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[75:1]
And içirəm qiyamət gününə;
[75:2]
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
[75:3]
Məgər insan elə güman edir ki,
(qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
[75:4]
Bəli, Biz onun
barmaqlarını da (barmaq sümüklərini də,
barmaqlarının uclarını da) düzəltməyə qadirik!
[75:5]
Lakin insan (bundan sonra
da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
[75:6]
Və (istehza ilə): "Qiyamət günü nə vaxt
olacaqdır?" - deyə soruşar.
[75:7]
Göz (heyrətdən) bərələcəyi;
[75:8]
Ay tutulacağı;
[75:9]
Günəşlə ay
birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı,
nurunun gedəcəyi) zaman -
[75:10]
Məhz o gün insan:
"Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir.
[75:11]
Xeyr, (o gün) heç bir
sığınacaq olmayacaqdır!
[75:12]
O gün (ey insan!) duracaq
(pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
[75:13]
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa
(sağlığında dünyada
gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı)
xəbər veriləcəkdir!
[75:14]
Doğrusu, insan
özü-özünə şahiddir!
[75:15]
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
[75:16]
(Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!)
[75:17]
Cünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
[75:18]
Biz onu (Cəbrailin dili ilə)
oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
[75:19]
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!