[75:20]

Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.

[75:21]

Axirəti isə tərk edirsiniz.

[75:22]

O gün neçə-neçə üzlər sevinib güləcək,

[75:23]

?z Rəbbinə baxacaqdır!

[75:24]

O gün neçə-neçə üzlər tutulub qaralacaq,

[75:25]

(Sahiblərinin) bel sümüklərinin (dəətli bir əzabla) qırılacağını anlayacaqdır!

[75:26]

Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,

[75:27]

(Onu bu bəladan) kim xilas edə bilər? - deyiləcəyi,

[75:28]

(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,

[75:29]

Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,

[75:30]

Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!

[75:31]

Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı.

[75:32]

Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.

[75:33]

Sonra da özünü darta-darta ailəsinin yanına getdi.

[75:34]

Vay sənin halına, vay!

[75:35]

Yenə də vay sənin halına, vay!

[75:36]

Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!

[75:37]

Məgər o tökülən bir qətrə nütfə deyildimi?!

[75:38]

Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).

[75:39]

Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.

[75:40]

Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!

 

Al-Insân

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[76:1]

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə'ni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).

[76:2]

Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.

[76:3]

Biz ona haqq yolu göstərdik. İstər (ne'mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).

[76:4]

Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.

[76:5]

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.