[3:62]
Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!
[3:63]
Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!
[3:64]
(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim
aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O
kəlmə budur: ) "Allahdan başqasına ibadət
etməyək. Ona şərik
qoşmayaq və Allahı qoyub
bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin:
"İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim
olanlarıq)!"
[3:65]
Ey kitab əhli, nə üçün
İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?
[3:66]
Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz
şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə
girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!
[3:67]
İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa
tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.
[3:68]
Şübhəsiz ki, insanların
İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah
mö'minlərin dostudur!
[3:69]
Kitab əhlindən bir dəstə sizi yolunuzdan
sapdırmağı arzu etdikləri halda,
yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.
[3:70]
Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz
halda nə üçün (onları) inkar edirsiniz?