[76:26]
Gecənin bir qismində Ona səcdə et (axşam, gecə
namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şə'ninə tə'riflər de! (Təhəccüd namazını
qılıb gecəni ibadət içində keçir!)
[76:27]
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani
dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
[76:28]
Onları yaradan da,
güclü-qüvvətli edən də (oynaqlarını
bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
[76:29]
Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
[76:30]
(Ey insanlar! Onu da bilin
ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[76:31]
(Allah) istədiyi kimsən ?z mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab
hazırlamışdır!
Al-Mursalât
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[77:1]
And olsun bir-birinin
ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
[77:2]
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
[77:3]
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
[77:4]
And olsun (haqla batili)
ayıranlara;
[77:5]
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
[77:6]
(Mö'minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
[77:7]
Sizə və'd edilən (qiyamət) mütləq vaqe
olacaqdır!
[77:8]
Ulduzlar sönəcəyi;
[77:9]
Göy
yarılacağı;
[77:10]
Dağlar parça-parça
olub dağılacağı (toz kimi havada uçacağı);
[77:11]
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
[77:12]
(Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
[77:13]
(Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!"
[77:14]
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd
etmə günü?!
[77:15]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:16]
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
[77:17]
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
[77:18]
Biz günahkarlarla belə rəftar edirik.
[77:19]
O gün vay halına
(qiyaməti) yalan sayanların!