[77:20]
Məgər sizi bir qətrə zəif (dəyərsiz)
[77:21]
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
[77:22]
Müəyyən bir vaxta qədər.
[77:23]
Biz (nütfədən insan yaratmağa) qadir
olduq. Nə gözəl qadir olanlarıq Biz!
[77:24]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:25]
Məgər Biz yeri məskən etmədikmi
[77:26]
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında
ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
[77:27]
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
[77:28]
O gün vay halına (bu
ne'mətləri) yalan sayanların!
[77:29]
(O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin
(dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
[77:30]
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"
[77:31]
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
[77:32]
O (hər biri) bir saray boyda
qığılcımlar saçar.
[77:33]
O
(qığılcımlar), sanki sarı dəvə sürükləridir.
[77:34]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:35]
Bu elə bir gündür ki, (qiyaməti yalan
sayanlar) danışa bilməzlər.
[77:36]
Onlara üzr istəməyə izin də verilməz.
[77:37]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:38]
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
[77:39]
(Dünyada etdiyiniz kimi, bu
günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
[77:40]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:41]
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
[77:42]
İstədikləri meyvə içində olacaqlar!
[77:43]
(Onlara belə deyiləcəkdir: ) "(Dünyada)
etdiyiniz (yaxşı) əməllərə görə
nuşcanlıqla yeyin-için!
[77:44]
Biz yaxşı əməl sahiblərini belə
mükafatlandırırıq!"
[77:45]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:46]
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az
kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
[77:47]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:48]
Onlara: "Namaz
qılın!" - deyildiyi zaman namaz qılmazlar!
[77:49]
O gün vay halına
(qiyaməti) yalan sayanların!
[77:50]
(Bu kafirlər) ona da (Qur'ana da)
inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!