[79:16]

O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:

[79:17]

Fir'onun yanına get. Cünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).

[79:18]

Və de: (Günahlardan) təmizlənmək istəyirsənmi? "

[79:19]

Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"

[79:20]

(Musa gəlib Allahın buyuruğunu Fir'ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö'cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.

[79:21]

Lakin (Fir'on Musanı) təkzib edib (ona) asi oldu.

[79:22]

Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.

[79:23]

Və (ə'yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:

[79:24]

Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!

[79:25]

Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi).

[79:26]

Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.

[79:27]

(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;

[79:28]

Qübbəsini ucaltdı, düzəldib nizama saldı;

[79:29]

Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!

[79:30]

Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).

[79:31]

Ondan suyunu və otlağını çıxartdı.

[79:32]

(Orada) dağları yerləşdirdi.

[79:33]

(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.

[79:34]

O böyük bəla (qiyamət) gələndə,

[79:35]

O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.

[79:36]

Cəhənnəm də hər görənə görünəcəkdir.

[79:37]

Kim (dünyada) azğınlıq etmişsə,

[79:38]

Dünyanı (axirətdən) üstün tutmuşsa,

[79:39]

Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!

[79:40]

Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyiniəfvəti) qadağan etmişsə,

[79:41]

Həqiqətən, onun yurdu Cənnətdir!

[79:42]

(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.

[79:43]

Sən onu (onun vaxtını) nə bilirsən?!

[79:44]

Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.

[79:45]

Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!

[79:46]

Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!