Al-Burûj
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[85:1]
And olsun bürclər sahibi olan göyə;
[85:2]
And olsun və'd olunmuş günə (qiyamət gününə);
[85:3]
And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
[85:4]
(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə'nətə düçar olub) qətl edildilər.
[85:5]
O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
[85:6]
O zaman onlar (xəndəklərin) kənarında
oturub,
[85:7]
(?z əsgərlərinin) mö'minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
[85:8]
Onlardan
(mö'minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam
alırdılar.
[85:9]
O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə
şahiddir!
[85:10]
Şübhəsiz ki, mö'min kişi və
qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və
yandırıb-yaxın atəş əzabı gözləyir.
[85:11]
İman
gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları)
altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
[85:12]
Həqiqətən, sənin Rəbbinin intiqamı çox
şiddətlidir!
[85:13]
Həqiqətən, (insanı) yoxdan var
edən və (öldükdən sonra) təkrar dirildən Odur!
[85:14]
(Bəndələrini) çox
bağışlayan, çox sevən də Odur.
[85:15]
Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
[85:16]
O, istədiyini edəndir.
[85:17]
(Ya
Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
[85:18]
Fir'on
və Səmud (ordularının)?
[85:19]
Xeyr,
kafir olanlar (səni və Qur'anı) elə hey təkzib etməkdədirlər.
[85:20]
Onların bütün
ixtiyarı Allahın əlindədir!
[85:21]
Xeyr, o (şe'r deyil)
şanlı-şərəfli Qur'andır!
[85:22]
O, lövhi-məhfuzdadır! (Qur'an Allah dərgahında qorunur. Ona
şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)