At-Târiq
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[86:1]
And olsun göyə və gecə gələnə! (Gecə
peyda olub gündüz qeyb olana!)
[86:2]
(Ya
Peyğəmbər!) Sən nə
bilirsən (haradan bilirsən) ki, gecə
gələn
nədir?!
[86:3]
(O, zülməti yaran) parlaq ulduzdur!
[86:4]
Elə bir kimsə yoxdur ki, onun
üstündə bir gözətçi (mələk) olmasın!
[86:5]
Elə isə insan nədən
yaradıldığına (bəsirət gözü ilə) bir
baxsın!
[86:6]
O, axıb tökülən bir
[86:7]
(O su kişilərin) bel sümüyündən,
(qadınların isə) köks
sümüyündən çıxar!
[86:8]
Həqiqətən, (Allah) insanı
(öləndən sonra) yenidən diriltməyə qadirdir! -
[86:9]
Bütün sirlərin aşkar
olacağı o qiyamət günü;
[86:10]
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
[86:11]
And olsun
yağış sahibi olan göyə;
[86:12]
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
[86:13]
Bu (Qur'an haqla
nahaqqı) ayırd edən kəlamdır!
[86:14]
O, oyun-oyuncaq (əyləncə) deyildir!
[86:15]
Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular.
[86:16]
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
[86:17]
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
Al-Alâ
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[87:1]
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin
adını pak (müqəddəs) tutub şə'ninə təriflər de!
[87:2]
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
[87:3]
O Rəbbin ki, (hər şeyin
keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
[87:4]
O Rəbbin ki, (torpağı
yarıb ondan yamyaşıl) otlar çıxartdı.
[87:5]
Sonra da onu (qupquru) qara
çör-çöpə döndərdi.
[87:6]
(Ya Peyğəmbər!) Biz sənə (Qur'anı)
oxudacağıq və sən (onu) unutmayacaqsan;
[87:7]
Yalnız Allahın
dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa!
Şübhəsiz ki, O, aşkarı
da, gizlini də bilir!
[87:8]
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
[87:9]
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur'anla) öyüd-nəsihət ver!
[87:10]
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
[87:11]
Bədbəxt (kafir) isə ondan
(öyüd-nəsihətdən) qaçacaqdır.
[87:12]
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
[87:13]
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
[87:14]
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
[87:15]
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!