Al-Fajr
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[89:1]
And olsun dan yerinə;
[89:2]
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu
on gecəsinə);
[89:3]
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban
bayramına və yaxud Ərəfə gününə);
[89:4]
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
[89:5]
Məgər bunlarda (qiyamətin haq
olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
[89:6]
(Ya
Peyğəmbər!) məgər
görmədinmi ki, Rəbbin nələr etdi
[89:7]
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
[89:8]
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun
kimisi yaradılmamışdı.
[89:9]
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları
olan Səmuda (Səmud qövmünə)?!
[89:10]
Eləcə də saysız-hesabsız ordular sahibi Fir'ona?!
[89:11]
O kəslər ki, məmləkətlərdə tüğyan edir,
[89:12]
Oralarda çoxlu fitnə-fəsad törədirlər.
[89:13]
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
[89:14]
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
[89:15]
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana
çəkib ehtiram etsə, ona bir ne'mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.
[89:16]
Amma nə zaman (Rəbbin) onu
imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər.
[89:17]
Xeyr! (Belə deməyin). Doğrusu, siz
özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
[89:18]
Bir-birinizi yoxsulu
yedirtməyə rəğbətləndirmirsiniz.
[89:19]
Mirası
(halal-haramına) varmadan yeyirsiniz (qadınların,
uşaqların paylarını vermirsiniz).
[89:20]
Mal-dövləti isə lap çox sevirsiniz.
[89:21]
Xeyr! Yer
dağılıb parça-parça olacağı;
[89:22]
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
[89:23]
Və Cəhənnəmin (məhşər meydanına)
gətiriləcəyi gün - məhz o gün insan
(öz günahlarını)
xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!