At-Tîn
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[95:1]
And olsun əncirə və zeytuna;
[95:2]
And olsun (Allah-təalanın Musa ilə
danışdığı) Tur dağına;
[95:3]
And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
[95:4]
Biz insanı ən gözəl biçimdə yaratdıq!
[95:5]
Sonra da onu qaytarıb
rəzillərin rəzili edərik!
[95:6]
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz
(saysız-hesabsız) mükafat gözləyir.
[95:7]
(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini
(haqq-hesab gününü) yalan saymağa
vadar edən nədir?!
[95:8]
Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Al-Alaq
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[96:1]
(Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı)
yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
[96:2]
O, insanı
laxtalanmış qandan yaratdı.
[96:3]
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
[96:4]
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
[96:5]
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
[96:6]
Xeyr, insan
azğınlıq edər,
[96:7]
?zünün dövlətli olduğunu gördüyü üçün!
[96:8]
Axı sənin axır dönüşün Rəbbinədir!
[96:9]
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
[96:10]
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
[96:11]
Bir de görək, əgər o doğru yoldadırsa,
[96:12]
Yaxud (xalqa Allahdan)
qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz
qılmasına nə üçün mane olur,
ona ibadət etməyi niyə qadağan
edirsən? Bundan da rəzil iş olarmı)?!
[96:13]
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz
qılmağına mane olan kimsə Qur'anı) yalan sayır və (imandan) üz döndərirsə,
[96:14]
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
[96:15]
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
[96:16]
?zü də yalançı, günahkar kəkilindən!
[96:17]
Qoy o özünün bütün tərəfdarlarını
(köməyə) çağırsın!
[96:18]
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
[96:19]
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona)
yaxınlaş!