[98:8]

Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne'mətlər) Rəbbindən qorxanlar üçündür!

 

Al-Zalzalah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[99:1]

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

[99:2]

Yer öz yükünü çıxardıb atacağı zaman;

[99:3]

İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -

[99:4]

Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

[99:5]

Cünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

[99:6]

O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

[99:7]

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

[99:8]

Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

 

Al-‘Adiyât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[100:1]

And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

[100:2]

And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

[100:3]

And olsun sübh çağı hücum edən atlara;

[100:4]

And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

[100:5]

Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

[100:6]

İnsan öz Rəbbinə qarşı çox nankordur.

[100:7]

Və o özü də buna şahiddir.

[100:8]

Həqiqətən, insan var-dövlətə çox hərisdir!

[100:9]

Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;