[100:10]
Urəklərdə olanlar faş ediləcəyi zaman
[100:11]
Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
Al-Qâriah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[101:1]
Urəkləri dəhşətə salan qiyamət!
[101:2]
Nədir qiyamət?!
[101:3]
Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
[101:4]
O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə
qatışacaq);
[101:5]
Dağlar isə didilmiş yun kimi olacaqdır!
[101:6]
(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,
[101:7]
(Cənnətdə) xoş güzəran içində olacaq!
[101:8]
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
[101:9]
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
[101:10]
Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
[101:11]
O çox qızmar bir atəşdir!
At-Takâthur
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[102:1]
(Ey qafil insanlar!) Coxluq
(mal-dövlət, oğul-uşaq və qohum-əqraba
çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi
(başınızı o qədər qatdı) ki,
[102:2]
Hətta (məzarlarda yatan ölülərinizi
sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla
çalışmadan) ölüb getdiniz
(ölənə qədər bu halınızda davam etdiniz)].
[102:3]
Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
[102:4]
Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
[102:5]
Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
[102:6]
(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
[102:7]
Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu
mütləq öz gözünüzlə
görəcəksiniz!
[102:8]
Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne'mətlər barəsində mütləq sorğu-sual
olunacaqsınız!