Al-Asr
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[103:1]
And olsun axşam
çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
[103:2]
İnsan (ömrünü
bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?
[103:3]
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı
tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
Al-Humazah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[104:1]
(Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına!
[104:2]
O kimsə ki, mal yığıb
onu dönə-dönə sayar (çoxaldar).
[104:3]
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
[104:4]
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
[104:5]
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
[104:6]
O, Allahın yanar
odudur.
[104:7]
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
[104:8]
O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
[104:9]
Onlar (Cəhənnəmdə) hündür sütunlara
bağlanmış olacaqlar!
Al-Fîl
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[105:1]
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə'bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
[105:2]
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
[105:3]
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
[105:4]
(O quşlar) onlara
bişmiş gildən düzəlmiş (möhkəm xırda)
daşlar atırdı.
[105:5]
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin
yarpağına (saman çöpünə) döndərdi!