Quraysh
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[106:1]
(Ya
Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın
onlar üçün səfəri
asanlaşdırması) xatirinə,
[106:2]
Onlara
qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
[106:3]
Bu evin Rəbbinə (Kə'bənin sahibi Allaha) ibadət etsinlər!
[106:4]
O Allah ki, onları
aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan
(fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
Al-Mâ‘ûn
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[107:1]
(Ya
Peyğəmbər!) Dini
(haqq-hesab gününü) yalan hesab edəni
(Əbu Cəhli)
gördünmü?
[107:2]
O elə adamdır ki, yetimi itələyib qovar (haqqını
verməz);
[107:3]
Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
[107:4]
Vay halına o namaz
qılanların ki,
[107:5]
Onlar öz
namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında
qılmazlar);
[107:6]
Onlar (namazlarında)
riyakarlıq edər,
[107:7]
Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün
qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
Al-Kawthar
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[108:1]
(Ya
Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər
irmağını və ya bol ne'mət, yaxud Qur'an, peyğəmbərlik) bəxş etdik!
[108:2]
Ona görə də (bu ne'mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
[108:3]
(Ya
Peyğəmbər! Oğlun Qasim, yaxud
İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)