[3:92]
Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun
yolunda) xərclədiyiniz hər bir şeyi
biləndir!
[3:93]
Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə'qub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: "Əgər doğru
danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!"
[3:94]
Bundan sonra Allaha
qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!
[3:95]
(Ya Rəsulum!) De: "Allah
doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim
dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi"
[3:96]
Həqiqətən, insanlar üçün ilk bina
olunan ev (mə'bəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.
[3:97]
Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu
(bu borcu) inkar edərsə (özünə zülm etmiş
olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac
deyildir!
[3:98]
De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi
olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?"
[3:99]
De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar
üçün əyri yol
axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".
[3:100]
Ey mö'minlər! Əgər siz kitab əhli olanlardan
bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.