[3:122]
(O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü.
Halbuki, Allah onların yardımçısı idi. Gərək mö'minlər (hər işdə) Allaha təvəkkül etsinlər!
[3:123]
(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım
etdi. (Allaha) şükür edən olmaq üçün
Allahdan qorxun!
[3:124]
O zaman sən mö'minlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza
yetişməsi sizə kifayət etməzmi?"
[3:125]
Bəli, əgər səbr edib (Allahdan)
qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.
[3:126]
Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan
Allahdandır ki,
[3:127]
O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.
[3:128]
(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur.
(Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.
[3:129]
Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini
bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah
bağışlayandır, rəhm edəndir!
[3:130]
Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
[3:131]
Kafirlər üçün
hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
[3:132]
Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!