[3:149]
Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.
[3:150]
Xeyr,
Allah sizin ixtiyar sahibinizdir.
O, yardım edənlərin ən
yaxşısıdır.
[3:151]
Haqqında
heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına
görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir.
Zülm edənlərin
sığınacaqları yer nə pisdir!
[3:152]
(Uhüd
müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız
zaman, Allah sizə verdiyi və'dinə sadiq çıxdı. Lakin
O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən
sonra isə zəiflik göstərdiniz
və (sizə verilmiş)
əmr barəsində
bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı
çıxdınız. İçərinizdən bə'ziləri
dünyanı, bə'ziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Cünki Allah
mö'minlərə qarşı mərhəmətlidir!
[3:153]
Siz (düşməndən qaçaraq dağa)
qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan
şeylərə və
uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!