[3:158]
?lsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın
hüzuruna toplanacaqsınız!
[3:159]
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından
dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün
(Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
[3:160]
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö'minlər Allaha təvəkkül etsinlər!
[3:161]
Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq
edilməz!
[3:162]
Allahın
rizasını qazanmaq ardınca gedən şəxs, Allahın
qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!
[3:163]
Onların Allah
yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.
[3:164]
Allah mö'minlərə lütf etdi. Cünki
onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis
əməllərdən) təmizləyən, onlara Kitabı (Qur'anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki
bundan əvvəl onlar
açıq-aydın zəlalət içərisində idilər.
[3:165]
Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat
müsibətə düçar etdiyiniz halda, (Uhüd
müharibəsində) başınıza bir
müsibət gəldiyi zaman: "Bu haradan gəldi?" - dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir!