[4:7]
Ata,
ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan
kişilərə və qadınlara pay
düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.
[4:8]
Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada
iştirak edərlərsə, onlara da o maldan bir
şey verin və gözəl sözlərlə könüllərini alın!
[4:9]
?zlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür
qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!
[4:10]
Həqiqətən, yetimlərin
mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda
çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.
[4:11]
Allah
övladlarınız haqqında sizə tövsiyə buyurur ki,
oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin)
qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara
çatır. Əgər təkcə bir nəfər qızdırsa,
mirasın yarısı
onundur. ?vladı olduğu təqdirdə
vəfat edənin ata və
anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb,
varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə
ataya çatır). Əgər ölmüş şəxsin
qardaşları və
bacıları varsa,
ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə
atanın payına düşür). Bu bölgü ölən şəxsin
vəsiyyəti yerinə yetirildikdən
və ya borcu ödənildikdən sonra
aparılır. Valideynlərinizdən
və övladlarınızdan hansı birinin (xeyir və)
mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz
üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!